“Sərhəd mühafizə məntəqəsinin qoyulması təhlükəsizlik və sülh üçün vacib məqamdır” Deputat

“Azərbaycan dövləti 44 günlük vətən müharibəsində qələbə əldə etdikdən sonra qarşımızda duran əsas vəzifələrdən biri bərpa quruculuq işləri, digəri də sərhədlərdə təhlükəsizliyin təmin edilməsi məsələsi idi. Bu vacib məqamlardan biridir. Bu yaxınlarda Xankəndi və Laçın yolunda Azərbaycan tərəfindən sərhəd mühafizə məntəqəsinin qoyulması təhlükəsizlik və sülh üçün vacib məqamdır”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Mahir Abbaszadə deyib.

Deputat sözlərinə belə davam edib: “Ermənilər bu yoldan Qarabağa silah-sursat daşınması üçün istifadə edirdi ki, bu da hərbi təhlükələri artırmağa davam edirdi. Digər bir tərəfdən cənab Prezidentimizin verdiyi anonslardan görürük ki, yaxın zamanlarda Laçın şəhər mərkəzindən köçkün düşmüş insanların buraya qayıdılması təmin ediləcək. Azərbaycan köçülürən insanların təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək. Qoyulan post Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması üçündür. Bu post Azərbaycanın 30 il boyunca pozulan sərhədlərinin pozulması üçün çox önəmlidir”.