Fuad Ələsgərov vətəndaşların problemlərini həll etdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov növbəti dəfə vətəndaşları qəbul edib.

XALQ.AZ xəbər verir ki, Prezidentinin köməkçisi Fuad Ələsgərov hər ay qrafik üzrə vətəndaşları qəbul edir. Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində mayın 1-də növbəti görüş olub. Qəbulda 60 yaxın vətəndaşla görüş keçirilib.

Qəbula gələnlər arasında Şəhid ailə üzvləri və qazilərdə olub.

Prezidentinin köməkçisi Fuad Ələsgərov qəbula gələnləri fərdi qaydada qəbul edərək müraciətləri dinləyib qaldırılan məsələlərlə bağlı lazimi tapşırıqlarını verib.

Qeyd edək ki, növbəti qəbul mayın 16-da keçiriləcək.

 

XALQ.AZ