Ulu Öndərin böyük səyi ilə söz, məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı

“Azərbaycanın elə bir sahəsi yoxdur ki, orada Ulu Öndər Heydər Əliyevin izi olmasın”.  Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimov bildirib.

Onun sözlərinə görə, son 50 ildə Azərbaycan davamlı şəkildə inkişaf edib: “Bu isə məhz Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı”.