Nazir işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova vəzifəsindən azad edilib.  

XALQ.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb.

Digər sərəncamla Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.

Xatırladaq ki, N. Qədimova bu vəzifəyə 2018-ci il aprelin 24-də təyin olunmuşdu.