Baş nazirin tərəfdarları etiraza qalxdı – saxlanılanlar var

Pakistanın Pəncab əyalətində ölkənin keçmiş baş naziri İmran Xanın tərəfdarları onun saxlanılmasına görə etiraz aksiyaları keçirirlər.
“Agence France-Presse”in polis orqanlarına istinadən yaydığı məlumata görə, etiraz aksiyalarında 1000-ə yaxın insan saxlanılıb.
“Polis əyalət boyu 945 qanunu pozan şəxsi həbs edib”, – məlumatda bildirilir.
Qeyd olunur ki, hadisələr zamanı 130 məmur və polis əməkdaşı xəsarət alıb.
Xatırladaq ki, mayın 9-da Pakistan hökuməti keçmiş baş nazirin “Əl-Qədir işi” üzrə saxlanıldığını açıqlayıb.