Deputatlarımız Türkiyədə seçkiləri müşahidə edir-Fotolar-Yenilənib

14 may 2023-cü ildə Türkiyə Cumhuriyyətində prezident və parlament seçkiləri keçirilir.
Türkiyədə səfərdə olan Milli Məclisin deputatlar seçkiləri  müşahidə edirlər.
 Seçkiləri müşahidə etmək üçün Milli Məclisin deputatları Hikmət Məmmədov,Jalə Əliyeva, Məzahir Əfəndiyev ,  İmamverdi İsmayılov, Mahir Abbaszadə, Pərvin Kərimzadə, Cavanşir Feyziyev, Əminə Ağazadə,Anar Məmmədov, Sevil Mikayılova, Soltan Məmmədov, Elşən Musayev, Şahin İsmayılov, Vüqar Bayramov,   və Ramin Məmmədov  Türkiyədə  səfərdədirlər.
Millət vəkili Soltan Məmmədovda seçkiləri müşahidə edir. Deputat  qeyd edib ki,  əminik ki, Türk xalqı həmişə olduğu kimi bu dəfə də öz müdrikliyini sübut edərək, ən doğru qərarı verəcək.
  Millət vəkili  Anar Məmmədov səfər çərçivəsində seçkilərlə bağlı fikirlərini bölüşərək bildirib ki, seçkilər tam şəffaf və insidentsiz keçir.
 Millət vəkili Kamal Cəfərovda seçkiləri müşahid edir. Deputat bildirib ki,hazırda 6 seçki məntəqəsində olmuşuq, daha 6 məntəqəyə getməyi planlaşdırırıq.
  
*****
Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə edirlər.