Kim qalibdir?

Ötən gün Türkiyədə keçirilmiş seçkilərdə səslərin 100 faizi hesablanıb.

Bu barədə Türkiyə Yüksək Seçim Qurumu məlumat yayıb.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, Kemal Kılıçdaroğlu 45 faiz, Sinan Oğan isə 5,22 faiz səs toplayıb.

Məlumatda qeyd olunur ki, hazırda xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının verdiyi səslər də hesablanır. Yaxın vaxtlarda yekun nəticələr açıqlanacaq.