CHP sözçüsü: “Bunlar da nəticəni dəyişdirməyəcək”

Türkiyədə prezident seçkiləri ikinci tura qalıb.
Bu barədə CHP sözçüsü Faik Öztrak mətbuata açıqlamasında bildirib.“Hazırkı vəziyyətə görə, seçki qutularındakı səslərin demək olar ki, hamısı sayılıb, xaricdən gələn təxminən 300 seçki qutusundakı səslərin sayılması prosesi davam edir. Bunlar da nəticəni dəyişdirməyəcək. Prezident seçkilərinin ikinci tura qaldığı dəqiqləşdi”, – F. Öztrak deyib.