İqbal Məmmədov görüş keçirdi

Cənubi Afrika Respublikası Milli Assambleyasinin sədri xanım Nosivive Mapisa Nqakulanin başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda səfərdədir.

XALQ.AZ xəbə verir ki, onlar Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.

Milli Məclisin deputatı İqbal Məmmədov CAR-dan gələn nümayəndə heyətini hava limanında qarşılayıb  ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb.