Ermənilər məyus olublar

Karo Paylan Türkiyədə seçkilərin nəticələrindən məyusdur.
Bunu erməni mediasına müsahibəsində Türkiyə parlamentinin 27-ci çağırış erməni deputatı Karo Paylan deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaratdığı “millətçi” ittifaq mayın 14-də keçirilən parlament seçkilərində qalib gəlməyi bacarıb və parlament çoxluğuna sahib olacaq. Bu o deməkdir ki, yaxın gələcəkdə “millətçi” Türkiyə üçün Ermənistanla münasibətləri tənzimləmək daha çətin olacaq.
Türkiyənin Ermənistanla sülhün bərqərar olmasına inandırmaq üçün hər cür səy göstərmək lazım gələcək”, – deyə Paylan bildirib.
Onun sözlərinə görə, Türkiyə üçün demokratiyanın inkişafı vacibdir, çünki “yalnız demokratik ölkə qonşuları ilə problemlərini həll edə bilər”.
Paylan əlavə edib ki, son seçkilərin nəticələri erməni ictimaiyyətinin gözləntilərini doğrultmayıb.
“Türkiyədə ermənilər artıq qorxu içindədirlər. 2015-ci ilə qədər problemlərimizi danışırdıq, bundan sonra ermənilər susacaqlar.
Ümid edirdik ki, seçkilər nəticəsində nəsə dəyişəcək, amma bu, baş vermədi. Təəssüf ki, bu müddətdə ermənilər daha da susqun olacaqlar”, – o deyib. (konkret.az)