“Səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində problem yaranıb. 
Bu barədə partiya sədri Hafiz Hacıyev özü məlumat verib.
O, hazırda Türkiyədə müalicə olunduğunu bildirib:
“Bir neçə gündür ki, Ankarada müalicə alıram. Seçki günü də burada ziyalılarla, professorlarla görüşlərim olub. Səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, bir neçə il öncə də Hafiz Hacıyevin ürəyində problemlər yaranmışdı.