Dadlı olsa da, zərərlidir

Toyuq əti hər kəsin ən çox istifadə etdiyi qidadır. Toyuğun demək olar ki, yeyilməyən hissəsi yoxdur. Çin mütəxəssisləri isə toyuğun bəzi hissələrinin zərərli və zəhərli olduğunu bildirir.

Toyuğun ən zərərli hissələri siyahısında boğaz birinci yerdədir.

Alimlər boyun, boğaz hissənin toksiki olduğunu bildirib:

“Heyvanların boynunda limfa vəziləri var. Əgər toyuq broyler istehsaldırsa, məhz bu vəzilərdə çox sayda hormonal dərman qalığı, toksin və bakteriyalar yığılır.

Ona görə bu hissəni çox yedikdə həmin təhlükəli madədlər insan orqanizmi və limfa sistemində tutulub, iltihabi proses yaradıb, gələcəkdə artroz, xərçəngə səbəb ola bilər”.

Çin alimləri bildirir ki, toyuq ayaqlarından xörəklər hazırlamaq da xeyirli deyil:

“Bu hissədə də çox miqdarda hormonlar yığılır. Eləcə də dəbdə olan toyuq pətənəyi də toksin və bakteriyalarla doludur. Bu hissələr bişirildikdə belə zərərsiz olmur”.