“Sizi qızımın toy məclisinə dəvət edirik”… – Daha bir rəzalət

Növbəti dəfə yetkinlik yaşına çatmayn qızın məcburi şəkildə ərə verilməsi faktı üzə çıxıb.

Bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ictimailəşdirib.

O bildirib ki, 15 yaşlı qız təhsildən yayındırılaq evləndirilmək üzrədir:

“Artıq qonşulara dəvətnamələr belə paylanıb. Verilən məlumata görə azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Bizə verilən məlumatda onu da bildirdilər ki, azyaşlı özü evlilik barədə razılığı yoxdur, ancaq ailə tez bir zamanda sanki qızlarından qurtarmaq üçün can atırlar. Beyləqan rayonu birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə gələcəyinə dəstək göstərməyə hazırıq.
Daxili İşlər Nazirliyi, xahiş edirik məsələni nəzarətə götürəsiniz. Lazım olan bütün məlumatları verməyə hazırıq”.