“Atatürkü Anma, Gənclik və İdman Bayramımız qutlu olsun” – Nazir

İstiqlal və hürriyyət uğrunda verdiyimiz milli mübarizənin ilk addımını atdığımız 19 Mayın qürurunu yaşayırıq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter səhifəsində yazıb.

“Atatürkü Anma, Gənclik və İdman Bayramımız qutlu olsun”, – deyə o əlavə edib.

Qeyd edək ki, 19 mayda Mustafa Kamal Atatürk “Bandırma” gəmisi ilə İstanbuldan Samsuna gəlib və bu tarix Qurtuluş Savaşının başlanğıcı hesab olunur.