Qazi yol qəzasında dünyasını dəyişdi

Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1993-cü il təvəllüdlü Mirdamət Mirkamil oğlu Kamilov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Vüqar Pünhan oğlu Rüstəmovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisi olub. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.