Sümüklü “Shaurma” – ŞİKAYƏT

“Shaurma” N1 restoranlar şəbəkəsinin yeməklərindən toyuq sümüyü çıxıb.

Şikayətçi Elşən Rəhimov bu halla qarşılaşıb.

O, bu barədə restoran işçilərinə də bildirib, ancaq verilən cavab təəccübləndirib:

“Şikayətim “Shaurma” N1-dəndir. Yeməkdən sümük çıxdı. Ofisiant deyir 1 ədədmi çıxdı? Deyirəm, 2 çıxsa nə olacaq ki? Deyir, toyuğun sümüyüdür, heçnə yoxdur. Deyiləsi söz yoxdur”.