“Nusr-Et” restoranlar şəbəkəsi Rusiya vətəndaşlarının iaşə obyektlərinə girişinə qadağa qoydu

Məşhur türkiyəli aşpaz rusların əleyhinə addım atıb.

Nusret Göçmenə məxsus “Nusr-Et” restoranlar şəbəkəsi Rusiya vətəndaşlarının iaşə obyektlərinə girişinə qadağa qoyub.

Bu barədə Rusiyanın təbliğatını aparmaqla tanınan teleqram kanalı “Rıbar” məlumat yayıb.

Belə ki, restoran “ruslara giriş qadağandır” qaydasının səbəbini onunla izah edib ki, bunu Türkiyə müxalifətinin vahid prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu (qərbyönlü mövqeyi ilə seçilir) dəstəkləyirlər.

 

 

ölkə.az