Putin üçtərəfli görüşdən əvvəl İlham Əliyev və Paşinyan ilə ayrılıqda danışacaq

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin əvvəl Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüş keçirəcək.

“Daha sonra isə üçtərəfli danışıqlar keçiriləcək”, – Kremlin sözçüsü vurğulayıb.

 

 

 

apa