Yasamalda görüş keçirildi

Yasamal rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyevin iştirakı ilə Yasamal rayonunda növbəti səyyar qəbul keçirilmişdir. Səyyar qəbul zamanı mənzil təminatının yaxşılaşdırılması, rayon ərazisində su, qaz, işıq təchizatı, infrastruktur və.s. məsələlər barədə vətəndaşların problemləri dinlənildi.Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.