Millət vəkilləri “Heydər Əliyev və təhsilimiz“ adlı tədbirdə iştirak ediblər-Fotolar

Milli Məclisin deputatları Etibar Əliyev və Cavanşir Feyziyevlə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın dəvəti ilə “Heydər Əliyev və təhsilimiz“ adlı tədbirdə iştirak ediblər. Tədbirdə Laçın rayonundan məktəb direktorları və şagirdləri iştirak edirdilər.
XALQ.AZ xəbər verir ki, “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan təhsili”mövzularında mühazirələr söylənilib.
Məktəblilərin söylədikləri maraqlı şeirləri dinlədilib .
Dinləyicilərin suallarını cavablandırılıb.