“Şofer Əhməd” vəfat etdi

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov dünyasını dəyişib.

XALQ.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülmüşdü.

Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.

Mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn ediləcək.

Vida mərasiminin isə bu gün saat 11:00-da “Azərbaycanfilm” kinostudiyasının həyətində olacağı bildirilir.