“Bazarstore” necə aldanırıq? VİTRİNDƏ UCUZ, KASSADA BAHA..

Piştaxta-kassa uyğunsuzluğu DAVAM EDİR… Əslində bunun adına dələduzluq deyirlər. DİA.AZ bildirir ki, artıq marketlərimizin piştaxtada bir qiymət, kassada isə başqa bir qiyməti göstərməsi ənənə halını alıb.
Günü-gündən artan müştəri gileyləri isə aidiyyatı qurumlar tərəfindən qulaqardına vurulduğundan marketlərimizin də durmaq fikri, hansısa məsuliyyətə gəlmək kimi yanaşması görünmür. Biz isə DİA.AZ olaraq növbəti vətəndaş gileyini təqdim edirik. Bu dəfə narazılıq yaradan Azərbaycandan milyardlar qazanmış və hələ də qazanmaqda olan Abdolbari Goozalın “Bazarstore” şəbəkəsidir. Beləliklə…/dia
Piştaxta-kassa uyğunsuzluğu DAVAM EDİR...
“Müştərinin Səsi” sosial qrupundakı paylaşımda deyilir: ” “Bazarstore” marketində fırıldaqçılıq…
Vitrində başqa qiymətdir, kassada 4.90 manat…
2 manat fərq edir. İnsanları aldadırlar…”
Piştaxta-kassa uyğunsuzluğu DAVAM EDİR...
Piştaxta-kassa uyğunsuzluğu DAVAM EDİR...