Gədəbəydə nə baş verir?-Video

İyunun 20-də Gədəbəy rayonunun Söyüdli kəndinin sakinləri yerli əhalinin torpaq sahələrinin iri məmurlar tərəfindən zəbt edilməsi ilə bağlı etiraz aksiyası keçiriblər.

Polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıdıb, yerli mənbələr bildiriblər.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, iyunun 20-də günorta Gədəbəy rayonu Söyüdlü kəndinin bir qrup sakini süni su anbarının tikintisinə qanunsuz müdaxilə edib.

“Polis əməkdaşlarının qanuna əməl etməyən şəxslərlə profilaktik söhbətindən sonra onlar ərazidən kənarlaşdırılıb. Araşdırma aparılır”, – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.