“28 May”stansiyasında intihar

Metronun “28 May” stansiyasında intihar hadisəsi baş verib.
XALQ.AZ-a hadisə şahidlərinin verdiyi xəbərə görə, qatarın gəlişini gözləyən şəxsiyyəti məlum olmayan şəxs özünü relslərin üzərinə atıb. Məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.