Deputat seçiciləri ilə görüşüb

Avqust ayının 24-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna səfər edərək növbəti dəfə Ismayıllı şəhərində yerləşən ofisində seçicilərinin qəbulunu keçirib. Qəbula gələn seçicilərin qaldırdığı məsələlər ətrafında müzakirələr aparılıb. Bəzi məsələlərə dair millət vəkili öz məsləhət və tövsiyələrini verib. Şəxsi məişət problemi ilə bağlı bir neçə məsələnin həlli üçün müvafiq addımlar atılıb. Həmçinin sosial məsələlərlə bağlı müraciətlər də çoxluq təşkil edib. Digər məsələlərlə bağlı da müraciətlər edilib. Seçicilərin qaldırdığı məsələlərin hamısı qeydiyyata alınıb. Deputatın səlahiyyətinə aid olmayan məsələlər barədə əlaqədar qurumlara müraciətin ediləcəyi bildirilib.

Sakinlərə dəstək məqsədilə müvafiq humanitar yardımların ediləcəyi nəzərdə tutulub.