Şamaxıda şəhidimizin ailəsi ziyərət olundu

Millət vəkili Tamam Cəfərova   Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla birlikdə 31 il sonra nəşi tapılan şəhidimizn ailə üzvlərini ziyarət ediblər.
Birinci Qarabağ müharibəsi dövründə Daşaltıda itkin düşmüş və 31 ildən sonra nəşi tapılanlardan biri də Şamaxı rayonu Göylər kənd sakini, şəhid  Mikayılov Baba Balakişi oğludur. Baba Mikayılov Balakişi oğlu 21 oktyabr 1969-cu ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub, 27 yanvar 1992-ci ildə Şuşa rayonun Daşaltı kəndində gedən döyüşlərdə itkin düşüb.
Baba Mikayılovun nəşi yaşadığı Göylər kənd qəbiristanlığında dəfn olunub.
Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı ağır işkəncələr verilib, amansız zorakılıqlar edilib. Xüsusi amansızlıqla məqsədli şəkildə müharibə cinayətləri törədildiyinin sübutu olan kütləvi məzarlıqlar ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin bariz göstəricisidir.
Məlumdur ki, aşkar olunan meyit qalıqlarının ekpertizası həyata keçirilir. Artıq onların bəzilərinin şəxsiyyəti müəyyən olunaraq, ailələrinə təhvil verilmişdir.
Bir daha şəhidimizə Allahdan ,rəhmət  ailəsinə və yaxınlarına səbr diləyirik.