Fatimə Məkkəyə getdi

Rəqqasə Fatimə Fətəliyeva  Məkkəyə Həcc ziyarətinə yollanıb.

XALQ.AZ xəbər verir ki, ifaçı bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, Məscidül-Həramdan çəkdiyi görüntüləri izləyiciləri ilə bölüşərək bunları yazıb:

“Çox şükür artıq buradayam. Bunun necə bir hiss olduğunu sizə sözlərlə ifadə edə bilmərəm, amma az da olsa bu gözəllikləri sizinlə paylaşa bilərəm. Hamınız üçün dua edirəm. Allah hər birinizə bura gəlməyi nəsib etsin. Allahım, məni bu müqəddəs torpaqalarına layiq bilib çağırdığın üçün sənə sonsuz minnətdaram”.