Xaçmaz şəhər və Qaraqurdlu qəbiristanlıqlarında iməcilik təşkil olunub

Rayonun bütün idarə, təşkilat və müəssisələrinin kollektivləri eləcədə sadə vətəndaşlar qəbiristanlıqlarda təmizlik işləri aparıblar.

XALQ.AZ xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə birlikdə təmizlik aksiyasında iştirak edib. İməcilik çərçivəsində Xaçmaz şəhər və Qaraqurdlu qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman yaradılıb, ərazi otlardan və kol-kosdan təmizlənib, vətəndaşların rahat hərəkəti üçün daxili yollara çınqıl tökülüb.
Elnur Rzayev hər iki qəbiristanlıqda şəhid məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

 

Xaçmaz rayonunda anoloji aksiyalar buna qədər kənd və qəsəbələrdə mövcud olan qəbiristanlıqlarda təşkil edilib.