3 kq-lıq qızıldan futbol topu

Top

Tokio mağazalarından biri təxminən 43 milyon yen (təxminən 420,000 dollar) dəyərində təmiz qızıldan futbol topunu satışa çıxarıb.

XALQ.AZ-ın məlumatına görə, aksiya Braziliyada keçirilən Dünya Futbol Kuboku açılışına həsr olunub. Topun hazırlanmasına üç kiloqram qızıl sərf edilib.

Qeyd edək ki, Dünya futbol Kuboku yarışları 12 iyun-13 iyul tarixləri arasında Braziliyada keçiriləcək. San-Paulunun “Arena Korintians” stadionunda keçirilən açılış oyunu mundial sahibi ilə Xorvatiya arasında olacaq. Görüşün başlanğıcı yerli vaxtla saat 17:00 (Bakı vaxtı ilə 01:00 cümə) radələrində olacaq.

FIFA Dünya Kuboku final matçı iyulun 13-də Rio de Janeyronun “Marakana” stadionunda keçiriləcə