“Xəzər Dəniz Gəmiçiliyi”ndə oğurluq

Ogru

Ötən gün Bakının Xətai rayonu Zığ qəsəbəsində yerləşən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-də oğurluq hadisəsi baş verib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonu Zığ qəsəbəsində yerləşən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən 143 kiloqram mis naqil oğurlanıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin kimliyi məlum olub. Keçirilən əməliyyat zamanı orada sürücü işləyən Bakı şəhər sakini Xanlar Əzizov tutulub.

Faktla bağlı araşdırma aparılır.