ASAN Xidmətdən gənclərə çağırış

Asan

ASAN Xidmət gəncləri qaçış yarışında iştirak etməyə çağırıb.

Mərkəzdən verilən məlumata görə, “Sağlam ol və YARAT!” adlı yarışda iştirak edənləri pul mükafatları gözləyir. Yarışın məqsədi Azərbaycan gəncliyində sağlam həyat tərzini təşviq etməkdir.

Yarışda 1-ci yeri tutan 150 AZN, 2-ci yer 100 AZN, 3-cü yer isə 50 AZN qazanacaq.

Yarışda iştirak etmək istəyənlər 14 iyun tarixində saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionuna toplaşmalıdır.