3 yaralı hərbçimiz Türkiyəyə aparılır

Herbici

Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərin bəziləri müalicələrini Türkiyədə davam etdirəcəklər.

XALQ.AZ-ın məlumatına görə, Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) yaralı əsgərlərin müalicəsinə kömək məqsədilə Azərbaycana rəsmən müraciət edib.

Artıq sabah səhər saatlarında yaralı əsgərlərdən bəziləri TİKA-nın helikopterləri ilə Türkiyəyə aparılacaqlar.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər