TQDK yeni qayda tətbiq etdi

TQDK

Gələn ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanının əsasında bir neçə istiqamət üzrə qəbul imtahanı aparacaq.

XALQ.AZ-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il 9 illik təhsil bazasından buraxılış imtahanının nəticəsi əsasında orta ixtisas məktəblərinə aparılan qəbul prosesi uğurlu keçib. Bu səbəbdən qurum gələn ildən etibarən bu yeniliyi 11-ci siniflərdə də tətbiq etməyi nəzərdə tutub.

Məleykə Abbaszadə qeyd edib ki, gələn il 11-illik bazadan da tibb texnikumları istisna olmaqla, qalan orta ixtisas məktəblərinə biz buraxılış imtahanın nəticəsinə görə müsabiqə aparacağıq.