3 yaşlı uşaq dəhşətli şəkildə öldü

Usaq-1

Ağcabədidə 3 yaşlı uşaq dəhşət şəkildə ölüb. XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Şərəfxanlı kəndində 3 yaşlı Əmrah Behbudovun üstünə qaynar su tökülüb. Hadisə nəticəsində uşağın bədəni tamamilə yanıb.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş uşaq aldığı xəsarətdən orada dünyasını dəyişib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Nəzarətsiz qalan uşaq qaynayan qazanı aşırıb. Nəticədə uşaq tamam yanıb.

Faktla bağlı araşdırma aparılır.