62 illik cütlük eyni gündə öldü

62

ABŞ-ın Kaliforniya ştatında tanış olub evlənən cütlük 62 ildən sonra eyni gündə dünyalarını dəyişiblər.

XALQ.AZ-ın məlumatına görə, ömrünün sonuna qədər ABŞ-da yaşayan Simpson cütlüyü ölümləri ilə hərkəsi duyğulandırıblar.

Maxine Simpson xərçənglə mübarizə aparırdı. Həyat yoldaşı Don isə evdə yıxılaraq ayağını qırıb. Xəstəxanada qalan cütlük üçün uşaqları bir qərar verib. Son dəfə ana və atalarını bir yerə gətirmək istəyiblər. Uşaqlar bəlkədə son görüşlərinin olduğunu güman edərək iki yaşlını evə aparıblar. 62 il ömür sürən cütlük evlərində yan-yana yataqlarda, əl-ələ tutub ölümlərini gözləyiblər. Yaşlı cütlük 4 saatlıq ara ilə dünyalarını dəyişiblər.

Bütün bu proses ailənin digər nümayəndələrini gözyaşlarına boğub. Yaşlı cütün şəkilləri çəkilərək onlardan yadigar kimi saxlanılıb.