31 deputat Nazirlər Kabinetinə təklif verdi

“Hökumətin hesabatı ilə bağlı 31 deputatın təklif və tövsiyələri yazılı olaraq Nazirlər Kabinetinə göndərilib”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib. O deyib ki, digər deputatların da təklif və tövsiyələri varsa, təqdim edə bilərlər: “Həmin təkliflər də Nazirlər Kabinetinə göndəriləcək”.