35 sm dırnağı olan qadın (VİDEO)

Nyu-Cersidə yaşayan hər zaman dırnaqlarını yeyən qadın özündə güc tapıb pis vərdişindən qurtula bilib və 35 sm dırnaq uzadıb.

XALQ.AZ-ın məlumatına görə, 53 yaşlı Lara Drammon bildirir ki, 13 yaşında mağazalardan birində uzun dırnaqlı qadın görüb və hər şey bundan sonra başlayıb. “Mən özümdə güc tapıb onunla söhbət etdim. O dedi ki, əgər mən dırnaqlarımın qayğına qalsam onlar da mənə kömək olacaqlar. O gündən etibarən dırnaq uzatmağa başladım”-deyərək Lara fikirlərini bölüşüb. Bu xanım “uşaqlarım” adlandırdığı dırnaqlarını uzun saxlaya bilmək üçün 16.000 dollar pul xərcləyib.

“Hara getsəm insanlar məni saxlayıb, dırnaqlarım barədə suallar verirlər. Sualları cavablandırmağa hər zaman şadam. Ən çox verilən sual isə necə çimməyimə aid olur”. 8 nəvəsi olan qadın deyir ki, 35 sm uzunluğunda olan dırnaqları işləməkdə ona manəçilik törətmir: “Nəvələrim bu halımdan razıdırlar, amma mən hər zaman çalışıram ehtiyyatlı davranım”.