Böyük dişləri olan uşaq doğulub

Usaq-1

Kürdəmirdə böyük dişləri olan uşaq doğulub.

XALQ.AZ-ın məlumatına görə, Kürdəmir rayonunda yenicə dünyaya gələn körpənin ağzında böyük dişlər aşkarlanıb.

Gənc ailənin ilk uşağı Əfsanə Mahmudova bir neçə gün əvvəl Kürdəmir Mərkəzi rayon Xəstəxanasının doğum şöbəsində dünyaya gəlib.

Doğulduğu gündən ağzında dişləri olan körpə tibb işçilərini və rayon sakinlərinin marağına səbəb olub.

Uşağın nənəsi Lətifə Mahmudova birinci dəfədir ki, belə hadisə ilə rastlaşdığını deyib. Onun sözlərinə görə, balaca Əfsanə tam sağlam olsa da doğulan gündən gecə-gündüz ağlayır və çox narahat görünür.

Pediatrlar bu cür anormal hallara yeni doğulan hər 1500-2000 uşaqdan bir dəfə rast gəlindiyini deyir.