Balakəndə meşə yanır

Mese

Azərbaycanda meşə yanır.

XALQ.AZ-ın məlumatına görə, hadisə Balakən rayonunda qeydə alınıb.

Belə ki, rayonun dağlıq ərazisində meşə zolağında yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib.

Hal-hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.