4  idmançısı yarışmanın ilk günü mübarizəyə qoşulublar

Avropa Oyunlarında iştirak edən Azərbaycan Muay-Tay Federasiyasının 4  idmançısı da yarışmanın ilk günü mübarizəyə qoşulublar.

Komanda oyunlara federasiya prezidenti Araz Musayev, baş məşqçi Azər Həsənsoy, gənclər üzrə baş məşqçi Fəxri Əliyevin rəhbərliyi ilə qatılıb.

İlk olaraq 67 kq çəki dərəcəsində Xəyal Əliyev gürcüstanlı rəqibinə 1-ci raundda nokautla qalib gəlib.

71 kq-da çıxış edən Məhəbbət Hümbətov polşalı, dünya çempionu olan rəqibindən 1-ci raundda üstün olsa da, 3 hakimdən 2-si qələbəni polşalı idmançıya veriblər. Üç raundun yekununda hakimlərin səhvinə görə Məhəbbət qələbə qazana bilməyib.

Komandamızdan 3-cü olaraq döyüşə qoşulan Aysu Devroşova çətin mübarizənin sonunda Xorvatiyadan olan təcrübəli döyüşçüyə 3 raundun nəticəsində qalib gəlib.

Emili Rzayevanın rəqibi isə yarışdan kənarlaşdırılıb. Bu, komandamız tərəfindən fransalı idmançının çəkisinin artıq olmasının aşkarlanmasından sonra olub.

Beləliklə, 4 idmançımızdan 3-ü yarımfinala vəsiqə qazanaraq bürünc medalı sığortalayıblar.