4 rayonda “ASAN Xidmət” kompleksi açılacaq

“Tovuz, Kürdəmir, Ağcabədi və Şamaxıda “ASAN Xidmət” kompleksləri ilə bağlı işlər yekunlaşmaq üzrədir”.

XALQ.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

Agentlik sədri qeyd edib ki, çox qısa müddət sonra həmin komplekslərin açılışı olacaq və onlar fəaliyyətə başlayacaq.