Bakının orta əsrlərdə qalan qəsəbəsi

Tel

Maştağa qəsəbəsinin sakinləri telefon xətlərinin yoxluğundan şikayət edir.

ANS TV-nin məlumatına görə, qəsəbənin daş karxanasında yaşayan sakinlər illərdir ki, sözügedən ünvanda yaşasalar da telefon üzünə həsrət qalıblar. Müsahiblərimin sözlərinə görə, kiminləsə danışmalı olanda məcbur olub mobil telefondan istifadə edirlər. Bu da hamının cibinə uyğun deyil. Qəsəbəyə telefon xəttinin çəkilməsilə əlaqədar şikayət etmədikləri ünvan da qalmayıb. Amma hər dəfə onlara deyiblər ki, telefon çəkiləcək. Həmin gün isə gəlib yetişmir ki, yetişmir.

Məsələ ilə əlaqədar üz tutduq Sabunçu Rayon Telefon Qovşağına. Qovşağın rəisi Nəriman Salmanov məsələdən xəbərdar olduğunu dedi. O, bildirdi ki, sözügedən ünvanda artıq işlərə başlanılıb və yaxın vaxtlarda qəsəbə sakinləri telefon xətti ilə təmin olunacaq.

Əgər verilən vədlərə əməl olunsa, sakinlər sadəcə bir ay gözləməli olacaqlar. Yəni tezliklə yaxınları tanışları ilə hal-əhval tutmağa artıq mobil telefon yox, ev telefonu kara gələcək.