Bakıda qatil yaxalandı

Qatil

Bakının Nizami rayonunda qətl hadisəsi törədən şəxsi polis yaxalayıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 9-u saat 16:30 radələrində B.Nuriyev küçəsində naməlum şəxs bıçaqla Bakı şəhər sakini Cəfər Teymurova xəsarət yetirib.

Ağır yaralanan Cəfər Teymurov xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xils edə bilməyib.

Nizami polisi qatilin kimliyini müəyyən etmək və onu yaxalamaq üçün əməliyyata başlatıb. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşları tərəfindən qatilin kimliyi müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü Şahnamiq Hüseynov yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.