53 yaşlı Obama haqqında bilmədiklərimiz (FOTO)

O-3

ABŞ tarixində ilk qaradərili prezidenti Barak Obama bu gün 53 yaşını qeyd edir.

XALQ.AZ-ın məlumatına görə, Obama 4 noyabr 2008-ci ildə keçirilən prezidentlik seçkilərində ABŞ-ın 44-cü dövlət başçısı seçilmiş və 20 yanvar 2009-cu ildə bu postu Corc Buşdan təhvil alıb. 6 noyabr 2012-ci ildə bir daha ABŞ prezident seçkilərinə qatılan Barak Obama ikinci dəfə Amerika Birləşmiş Ştatlarına prezident seçilib.

4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının adı da Barak Hüseyn Obama, ağdərili anasının adı isə Stenli Enn Danhem olub. Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatından kiçik senatoru olub. 2009-cu ildə Nobel Sülh mükafatına layiq görülüb. Mişel Obama ilə evlidir, Malia və Saşa adlı iki qızları var.

Beləliklə, ABŞ-nın ilk qaradərili 53 yaşlı prezidenti Barak Obama haqqında maraqlı faktları təqdim edirik:

• Universitet dövründə dostları arasında “Barri” ləqəbiylə tanınıb.
• Hörümçək Adam (Spider Man) və Conan cizgi romanlarının kolleksiyasını yığır.
• Adı Svahili dilində “müqəddəs hesab edilən” mənasını verir.
• Atasıyla bağlı xatirələrini qələmə aldığı “Dreams from my father” (“Atamın xəyalları”) adlı kitabının səsli versiyasına görə 2006-cı ildə “Qremmi” mükafatına layiq görülüb.
• Solaxaydır.
• Sevdiyi rəssam Pablo Pikassodur.
• Acılı yeməkləri və böyürtkənli buzlu çayı xoşlayır.
• Əfsanəvi boksçu Məhəmməd Əlinin imzaladığı bir cüt qırmızı boks əlcəyi var.
• İspanca bilir.
• Sevdiyi kitablar Herman Melvillenin “Moby Dick” və Toni Morrisonun “Song of Solomon”dur.
• Uğur talismanı kiçik Məryəm Ana və İsa heykəli, eləcə də, İraqdakı bir əsgərdən götürdüyü qolbaqdır.
• Skrebbl, reqbi, qolf və poker oynamağı sevir.
• Məktəb dövründə aldığı təhsil kreditini yalnız 4 il əvvəl kitabıyla bağlı müqaviləni imzaladıqdan sonra ödəyə bilib.
• Apple Mac istifadə edir.
• Həddindən artıq benzin sərf edən Chrysler 300 SUV avtomobilini Ford Escape Hibrid modeliylə əvəzləyib.
• Kostyum seçimi qiyməti 1500 dollardan başlayan “Hart Schaffner Marx” markasındandır.
• Gizli Xidmət tərəfindən danışma və yazışmalarda “Renegade” (“Qaçaq”) adından istifadə edir.
• İş masasının üzərində Keniyada həyatın çətinliklərini simvolizə edən taxta yumurta var.
• Ötən il həyat yoldaşı Mişel Obamayla birlikdə təxminən 4 milyon dollar qazanıblar. Pulun böyük miqdarı isə Obamanın kitab satışlarından əldə edilib.

O-2

O-3

O-4

O-5

O-6