Ağıllarını o dərəcədə itiriblər ki, nə etdiklərini dərk edə bilmirlər.

5

 

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun müsahibəsi:

– Novruz müəllim, Azərbaycan ərazilərindəki təmas xəttində baş verən hadisələrlə bağlı ​Ermənistan rəhbərlərinin bəyanatlarını necə qiymətləndirirsiniz?

– Ermənistan rəhbərliyi yenə də məkrli niyyətlərini həyata keçirmək üçün təbliğat maşınını işə salıb. Bunlar yenə də yalan məlumatlarla həm özlərini inandırmağa, həm də beynəlxalq birliyi çaşdırmağa çalışırlar. Artıq belə üsullara alışıblar. Özü də utanmadan beynəlxalq birliyin dəyərlər sistemini meyar kimi təkrar-təkrar nümunə göstərirlər. Sanki Azərbaycan torpaqlarını 25 ildir ki, işğal altında saxlayan bunlar deyil. Amma ağıllarını o dərəcədə itiriblər ki, nə etdiklərini dərk edə bilmirlər.

Erməni silahlı qüvvələri bir neçə gün ərzində Azərbaycan qoşunları ilə təmas xəttində diversiya aktları törətməyə cəhdlər göstərib və cavablarını alıblar. Bununla belə, onlar yenə Azərbaycan tərəfini ittiham etməkdən çəkinmirlər, yalan məlumatlar yaymaqdan, böhtan dolu bəyanatlar verməkdən yorulmurlar.

Amma Ermənistan rəhbərləri bir məsələni unudublar və nəzərə almayıblar. Belə ki, bu günlərdə Azərbaycan Prezidenti və müdafiə naziri ölkədə olmayıblar. Ali baş komandanın və müdafiə nazirinin ölkədə olmadığı zaman heç bir hərbi hissənin komandiri özbaşına addım ata bilməz.