55 yaşlı qadını sel apardı

Sel

Türkiyənin Qara dəniz bölgəsində aramsız yağan yağışlar sel fəlakətlərinə yol açıb.

XALQ.AZ-ın məlumatına görə, son bir neçə gündə Türkiyənin bir sıra bölgələrində yağan yağış nəticəsində meydana gələn sel suları dağıntılara səbəb olub.

Balıkəsir vilayətinin Gönən rayonunda yağan şiddətli yağış isə 55 yaşlı Pakizə Kalfalı adlı qadını sel sularının qurbanı edib. Yaşlı qadın evinin qarşısındakı tövlədə olan heyvanları qurtarmaq üçün bayıra çıxarkən, sel suları ilə mübarizə tab gətirə bilməyib və sel qadını aparıb.

Axşam saatlarına qədər aparılan axtarış əməliyyatları heç bir nəticə verməyib. Qadının tapılması üçün sabah da axtarışlar davam etdiriləcək.