“Xorasan” lideri öldürüldü

Xorasan

ABŞ Suriyada “Xorasan” terror qruplaşmasına qarşı hücum əməliyyatı keçirib.

XALQ.AZ-ın məlumatına görə, ABŞ-ın Suriyadakı İŞİD və “Xorasan” terror qruplaşması mövqelərinə etdiyi hücumlarda “Xorasan” lideri muhsin əl-Fədhlinin öldürüldüyü iddia edilir.

Bu barədə “Reuters”ə adının açıqlanmasını istəməyən ABŞ-lı bir nümayəndə bildirib.

Qeyd edək ki, iki gün əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Suriyada daha bir təhlükəli qruplaşma olduğunu açıqlamışdı. Adı “Xorasan” olan bu qruplaşma Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. Yaxın Şərq, Cənubi-şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən ibarət bir qruplaşmadır. Qruplaşmaya Əl-Qaidə liderlərindən olan Muhsin əl-Fadhlinin komandanlıq etdiyi iddia edilirdi.