6 yaşlı oğlan yaşlı qadını güllələdi

Tapanca-2

ABŞ-da 6 yaşlı oğlan yaşlı qadını güllələyərək öldürüb.

Xalq.az-ın məlumatına görə, hadisə Cənubi Karolina ştatında baş verib.

Belə ki, minik maşınında yol gedərkən 6 yaşlı uşaq atasının silahını xəbərsiz götürüb. Uşaq maşında yatan yaşlı qadın tərəfə atəş açıb. Təsadüfən açılan atəş nəticəsində yaşlı qadın ağır yaralanıb.

Onu xəstəxanaya aparsalar da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, son vaxtlar oxşar hadisələr çoxalıb. Eyni hadisə bu ayın əvvəlində Fladelfiyada da baş vermişdi. Orada 2 yaşlı oğlan 11 yaşlı bacısını atasının silahı ilə güllələmişdi.