61 abuturiyent ali məktəb arzusundan vaz keçdi

Telebe

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-2015-ci tədris ili üçün respublikanın ali təhsil müəəsisələrinə və tam orta təhsil bazasında (11illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün 1 və 4-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

XALQ.AZ-ın məlumatına görə, Lənkəran şəhərində ölkənin ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında ixtisas təhsili müəsisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün 1-ci və 4-cü ixtisas qrupları üzrə imtahanı iki binada keçirilib. İmtahanların idarə olunmasına 8 imtahan rəhbəri və orta umumtəhsil müəssisələrindən 82 nəzarətçi müəllim cəlb olunub.

Lənkəranda keçirilən imtahanda 891abituriyentin iştirakı nəzərdə tutulsa da, onlardan 61-i müxtəlif səbəblərdən imtahanda iştirak etməyib.

Bütün binalarda eyni vaxtda başlanan imtahan nəzərdə tutulduğu kimi saat 3 saat davam etdi və bu müddət ərzində hər hansı insident qeydə alınmadı.

Xatırladaq ki, Lənkəranda cənub bölgəsində yaşayan abituriyentlər imtahan verib.