Hindistanın baş naziri xalqla vidalaşdı

Hindistan

2004-cü ildən bəri Hindistanın Baş naziri olan Manmohan Sinqh istefa ərizəsini ölkə prezidenti Pranabu Mukercə təqdim edib.

XALQ.AZ-ın məlumatına görə, Sinqhin bu addımı atmasına onun başçılıq etdiyi “Hindistan Milli Konqresi”nin parlament seçkilərində məğlub olması olub. Manmohan Sinqh yeni Baş nazir təyin olunanadək öz vəzifəsini icra edəcək.

Hindistanın yeni Baş naziri isə Qucarat ştatının hökumət başçısı Narendre Modi olacaq. Mayın 21-də Modinin andiçməsi keçiriləcək.

Xatırladaq ki, Hindistanda parlament seçkilərində Narendre Modinin başçılıq etdiyi və ölkənin əsas müxalifət partiyası olan “Bhatriya Canata” qalib gəlib.